Şəhid övladları pulsuz məktəbli formaları ilə təmin olunub.


Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən müharibəsi şəhidlərinin məktəbli övladları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən pulsuz məktəbli formaları ilə təmin olunub. 

2024-2025-ci tədris ilinin başlaması ilə əlaqədar məktəblilərə formalar və digər zəruri məmulatlar təqdim edilib.  

Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə irəli sürülmüş bu təşəbbüsdən orta təhsil müəssisələrində təhsil alan 920 nəfərdən artıq şəhid övladı olan məktəbli yararlanıb.

Bizimlə əlaqə

+994 12 5391441

atu-thik@atiahi.org

Azərbaycan

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo